

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyə Səhiyyə Nazirliyi koronavirus infeksiyasına nəzarət üzrə təlimatlara dəyişikliklər edib.
Trend-in məlumatına görə, nazirliyin təyin etdiyi qaydalara əsasən, ölkədə koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edən şəxslərə karantin tətbiq olunmayacaq.
Vaksinin hər iki dozası ilə peyvəndlənmiş şəxslər digər xəstələrlə təmasda olsalar belə, karantin zəruri sayılmayacaq.
Bu qayda koronavirusun CAR və Braziliya variantlarına yoluxmuş şəxslərə şamil olunmayacaq.
Bundan başqa, koronavirusa yoluxub sağalmış şəxslərin növbəti 3 ay ərzində karantində qalması zəruri hesab olunmur.