“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
31 Mart 2021 08:44
1 519
Nepalda son günlər atmosferdə zərərli hissəciklərin miqdarının normadan xeyli çoxalması səbəbindən orta məktəblərdə dərslər 4 gün müddətinə təxirə salınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Nepalın sürətlə böyüyən paytaxtı Katmanduda xüsusən hava çirkliliyi son illər ciddi problemə çevrilib. Ölkənin Ətraf Mühit Departamenti bir kubmetr havada zərərli hissəciklərin miqdarının 214 mikroqrama (PM2.5) çatdığını açıqlayıb. Nepal hökumətinin bununla bağlı standartı 40 mikroqramdır.
Səhiyyə Nazirliyi əhalini ehtiyac olmadığı halda açıq havaya çıxmamağa çağırıb. Bu cür hava şəraitinin COVID-19 riskini çoxaltdığı da bildirilir.
18 Sentyabr 16:50
798
18 Sentyabr 16:32
763
18 Sentyabr 13:53
917