22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
16 Aprel 2021 14:09
2 408
"Fikrimcə, Belarus Prezidentinin Bakı səfəri son illərdə yüksək səviyyədə baş tutan ən məhsuldar səfərlərdən biri olacaq".
APA-nın xəbərinə görə, bunu Belarus Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə daimi komitəsinin sədri Andrey Savinıx "SB. Belarusiya Segodnya" qəzetinə deyib.
“Əminəm ki, yaxın gələcəkdə bütün sahələrdə, o cümlədən sənaye, elm və təhsil sahələrində qarşılıqlı əlaqələrin aktiv inkişafını görəcəyik.
Birincisi, Azərbaycan Belarus tərəfini Dağlıq Qarabağın bərpası proqramlarında iştirak etməyə dəvət edir. Bu, aqrar-sənaye komplekslərinin yaradılmasında ölkəmizdə və xaricdə özünü təsdiqləmiş əvəzolunmaz Belarus təcrübəsi əsasında həyata keçiriləcək.
İkinci məqam isə Belarusun Azərbaycanı Avrasiya İqtisadi Birliyi (AİB) ilə daha sıx əməkdaşlığa cəlb etmək üçün göstərəcəyi səylərdir. Şübhəsiz ki, yaxın aylarda Azərbaycanın AİB və Gömrük İttifaqı ilə daha yaxından işləyəcəyini görəcəyik", - deyə o bildirib.
Andrey Savinyıx həmçinin Prezident Lukaşenkonun Belarusun Azərbaycan və Ermənistan arasında mövcud fikir ayrılıqlarının həllində və qarşılıqlı əlaqələrin gücləndirilməsində mümkün iştirakı barədə təklifini vurğulayıb.
"Bu, yeni vacib elementdir. Belarus tərəfdaş ölkələrlə münasibətlərini mehriban qonşuluq və qarşılıqlı anlaşma prinsipləri üzərində quran, sülhsevər xarici siyasət yeridən bir ölkə olaraq, həqiqətən Azərbaycan və Ermənistan arasında təmasların inkişafına əhəmiyyətli bir töhfə verə bilər ki, bu da nəticədə Qafqazda davamlı sülhün əsası olacaq".
22 Dekabr 19:59
1 085
22 Dekabr 19:23
1 092
22 Dekabr 19:02
1 148