Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
26 Aprel 2021 14:28
2 548
Rusiya Prezidenti Vladimir Putin və onu türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı iki ölkə arasındakı strateji tərəfdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.
Bununla əlaqədar gələcəkdə ticarət-iqtisadi əlaqələrin və koronavirus infeksiyasına qarşı birgə mübarizənin möhkəmlənməsinə vurğu edilərək ikitərəfli əməkdaşlığa dair bir sıra aktual məsələlər müzakirə olunub.
V. Putin və Q. Berdiməhəmmədov bu il keçirilməsi planlaşdırılan VI Xəzər Sammitinə və İkinci Xəzər İqtisadi Forumuna hazırlığı da müzakirə ediblər.
Rusiya dövlət başçısı türkmənistanlı həmkarına atasının vəfatı ilə əlaqədar başsağlığı da verib.
23 Mart 12:04
1 631
22 Mart 17:42
3 976
22 Mart 17:18
1 722