“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
“Bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir”
“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”
Dövlət Agentliyi: Dənizçilərimizi müharibə zonalarından uzaq durmağa çağırırıq
4 May 2021 09:00
2 681
Çex Respublikasında epidemioloji vəziyyətin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq Nazirlər Kabineti maska və resperatorlarla bağlı yeni qərar qəbul edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Peter Arenberqer mətbuat konfransında bildirib.
Nazir deyib ki, qərara görə, mayın 10-dan respublikada maskaların məcburi şəkildə istifadəsi ləğv edilir: “Maskalardan yalnız insanların çox olduğu yerlərdə, eləcə də daxili otaqlarda, sosial məsafənin gözlənilməsində çətinlik yaranan məkanlarda istifadə ediləcək”.
Arenberqer əlavə edib ki, keçən ilin payız mövsümündəki rejim qüvvədə olacaq: “Ötən ilin payızında da yalnız ictimai nəqliyyatda, dayanacaqlarda və s. bu kimi yerlərdə maska taxmaq tələb olunurdu”.