Kaya Kallas Bakıya gəlir
25 Yanvar 22:18
25 Yanvar 22:18
25 Yanvar 17:57
25 Yanvar 17:14
25 Yanvar 17:08
“Formula-1” ictimaiyyətini həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğumuzu bildirməkdən olduqca məmnunuq”.
Bunu Bakı Şəhər Halqasının (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
Yarışla bağlı düşüncələrini bölüşən Rəhimov bildirib ki, sürprizlər qaçılmazdır: “Bu möhtəşəm tədbiri dünyanın dörd bir yanına təqdim etməkdə bizə bütün əzmi, fədakarlığı və sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. “Formula-1” bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarışdan çox vaxt keçib və mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizlənirəm. Bir şey dəqiqdir: söhbət “Formula-1” Azərbaycan Qran-prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz!”
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi bu gün start götürəcək və 3 gün davam edəcək.