Bayden Consona velosiped və dəbilqə hədiyyə edib Dünya

Bayden Consona velosiped və dəbilqə hədiyyə edib

G7 sammitinə qatılmaq üçün Karbis-Bey şəhərinə gedən ABŞ prezidenti Co Bayden Britaniyanın Baş naziri Boris Consonla görüşdə ona Amerika istehsalı olan velosiped və dəbilqə hədiyyə edib.

TASS xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb.

Öz növbəsində, tez-tez velosipedlə gəzən Conson amerikalı qaradərili hüquq müdafiəçisi Frederik Duqlasın şərəfinə Edinburqda çəkilmiş bir divar şəklini Baydenə verib. Bu rəsm əsəri rəssam Ross Bler tərəfindən hazırlanıb və amerikan-ingilis fotoqraf Melissa Hayton tərəfindən çəkilib. Duqlasın 1840-cı illərdə İngiltərəni ziyarət etdiyi qeyd olunur.

Agentlik xəbər verir ki, səfərdə iştirak edən, Ağ Ev rəhbərinin xanımı Cill Bayden ingilis yazıçısı Dafne dyu Moryenin “Alma ağacı" hekayələr toplusunun ilk nəşrini hədiyyə alıb. Öz növbəsində, mayın 29-da britaniyalı baş nazirlə ailə həyatı quran Kerri Conson ABŞ hərbi personalının arvadları tərəfindən hazırlanan dəri çantanın və prezidentin ipək şərfinin sahibi olub.