İran: "Zəifləməmişik, əksinə, daha da güclənmişik"
26 May 14:54
30 İyun 2021 09:03
3 360
Böyük Vətən Müharibəsi veteranı, uzun müddət “KQB”də xidmət etmiş 94 yaşlı Vasili Petroviç və 89 yaşlı həyat yoldaşı Svetlana Semyonovnanın Moskvada yaşadıqları ünvanda meyitləri tapılıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, onlar çoxmərtəbəli binanın ən üst mərtəbəsində son günlər müşahidə edilən isti hava şəraitindən dünyalarını dəyişiblər.
Məlumata görə, təqaüdçülər ölümdən bir az əvvəl qohumlarına dözülməz istilərlə bağlı şikayətləniblər.
İyunun 26-da cütlüyün qəfildən halı pisləşib. Onlardan biri özündə güc toplayaraq şəhər telefonu ilə təcili yardım çağırmağı bacarıb. Lakin həkimlər mənzilə daxil ola bilməyiblər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qapını sındırmaq məcburiyyətində qalıb. Mənzilə daxil olanda təqaüdçülərin meyitləri ilə rastlaşıblar.
27 May 11:28
1 372
27 May 08:42
1 407
27 May 08:41
1 337