“Ermənistanda konstitusiya işləmir” Dünya

“Ermənistanda konstitusiya işləmir”

“Ermənistanda konstitusiya işləmir, bütün bu dəyişikliklər nəticədə özünü doğrultmadı. Çünki bu və ya digər şəkildə o dövrdə fəaliyyət göstərən səlahiyyətlilərin daha rahat şərtlər əldə etmək istəyi səbəb oldu. Konstitusiya özləri üçün qəbul edilib”.

“Xalq Cəbhəsi” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu konstitusiya hüquq sahəsinin mütəxəssisi, vəkil Vardan Ayvazyan bu gün Ermənistanda Konstitusiya günü ilə bağlı açıqlamasında bildirib.

O, qeyd edib ki, Konstitusiya ümumiyyətlə idarəetmə sistemini təkmilləşdirmək üçün dəyişdirilir: “Hər 10 ildən bir dəyişdiririk, amma sonunda bir geriləmə müşahidə edirik, geriyə addım atırıq. Bu o deməkdir ki, ya “islahatçılar” anlamır, kifayət qədər məlumatlı deyillər, ya da hər şeyi çox yaxşı bilirlər və başa düşürlər, ancaq özlərinə uyğun olanı edirlər”.

V.Ayvazyan hesab edir ki, Ermənistan konstitusiyası heç vaxt qanuni olmayıb: “Ölkənin Əsas Qanunu "orta kəndlilər" tərəfindən yazılmamalıdır. Və gözəl mətn, diqqətlə seçilmiş sözlər və şərtlər həmişə sənədin keyfiyyətini göstərməyə bilər. Konstitusiyanın hər kəsin bildiyi öz aydın sistemi, texnikası var. Ermənistanda bu texnikaya açıq şəkildə sahib çıxacaq insanları tanımıram”.

Cavid