Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
5 İyul 2021 13:54
3 276
Rusiya Əfqanıstan hakimiyyəti ilə bu ölkəyə hərbi kontingent göndərmək məsələsini müzakirə etmir.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
D. Peskovun sözlərinə görə, sərhəd rayonlarında vəziyyətin gərginləşməsi fonunda Rusiyanın Əfqanıstana hərbçi göndərməsinə dair heç bir müzakirə aparılmır.
Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə vəziyyətin gərginləşdiyi bildirilir. Qeyd olunur ki, ABŞ və NATO qüvvələrinin çəkildiyi şimal bölgələrini İŞİD-çilər ələ keçirməyə başlayıb.
Rəsmi Moskva isə bundan narahatlığını dilə gətirib.
"Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, - deyə Rusiya XİN başçısı Sergey Lavrov bir neçə gün əvvəl bəyan edib.
23 Mart 12:04
1 813
22 Mart 17:42
4 130
22 Mart 17:18
1 848