İranda koronavirusdan ölənlərin sayı 86 mini ötüb Dünya

İranda koronavirusdan ölənlərin sayı 86 mini ötüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 182 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 86 041 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 829 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 394 279 nəfərə çatıb.