Ermənistanda su qıtlığı yaranıb Dünya

Ermənistanda su qıtlığı yaranıb

Xüsusilə qıtlıq şəraitində suvarma suyu mümkün qədər səmərəli paylanmalıdır.

"Xalq Cəbhəsi" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Naziri vəzifəsini icra edən Suren Papikyan Armenpress-ə yeni idarələrarası komissiyanın su qıtlığının qarşısını almaq üçün yaxın vaxtlarda həyata keçirəcəyi işi şərh edərkən deyib.

Onun sözlərinə görə, 2021-ci ilin əvvəlində vəziyyət əlverişli olsa da, il ərzində su qıtlığı yaşandı. Bəzi çaylarda suyun həcmi təxminən 80% azalıb. Bunun səbəblərindən biri də enerji problemidir. O, qeyd edib ki, Metsamor AES bu il mümkün qədər uzun müddət boş qalacaq. Buna görə elektrik enerjisi həmişə suvarma nasoslarının rahat işləməsi üçün kifayət deyil.

"Bu səbəbdən suvarma suyunun mövcudluğu və onun ən səmərəli istifadəsi ilə bağlı məsələləri həll etmək üçün bir komissiya yaratdıq" deyib Papikyan.

Onun sözlərinə görə problem təkcə suvarılan ərazilərdə deyil, həm də son illərdə suvarmanın yaxşılaşmağa başladığı yerlərdə də yaranıb:

"Buna görə narazılıq başa düşüləndir, amma vəziyyətdən çıxış yolu tapmaq üçün birlikdə çalışmalıyıq".

Cavid