"TÜRK XALQI DEMOKRATIYAYA SAHIB ÇIXDI" - TATAR Dünya

"TÜRK XALQI DEMOKRATIYAYA SAHIB ÇIXDI" - TATAR

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Mersin valiliyi tərəfindən 15 İyul Şəhid və Qazi ailələri üçün təşkil etdiyi yemək proqramına qatılıb.

Xalqcebhesi.az xəbər verir ki, Ersin Tatar tədbirdə qazilərlə və şəhid ailələri ilə söhbət edib.

Prezident FETÖ terror təşkilatının hərbi çevriliş cəhdinin qarşısını almaq üçün həyatını itirən şəhidlər və qazilərin unutmadıqlarını, onların apardıqları mübarizəni unutdurmayacaqlarını söyləyib.

Beş il əvvəl FETÖ-nün Türkiyəni bölmək və zəiflətmək üçün 15 İyulda etdiyi hücumu qınayan Tatar şəhidlərin və qazilərin vətən naminə özlərini tankların önünə atdıqlarını və hücumun önləndiyini bildirib.

Şimali Kiprdə xain hücumu böyük bir narahatlıqla izlədiklərini dilə gətirən Ersin Tatar ölkələri üçün canlarından keçən şəhidləri rəhmətlə, qaziləri minnətdarlıqla andıqlarını qeyd edib.

Kiprli yunanların FETÖ hücumlarının o gecə uğurlu olmasını istədiklərini və Yunanıstan bayrağını Girnedə qaldıracaqlarına dair açıqlamalar verdiklərini dilə gətirən Tatar, güclü Türkiyənin buna icazə vermədiyini və Türk xalqının demokratiyaya sahib çıxdığını söyləyib.

Ersin Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 İyul üçün böyük hazırlıqlar görüldüyü ŞKTC-ni ziyarət edəcəyini bildirib.

ŞKTC ilə Türkiyənin bu coşğunu birlikdə qeyd etmələrinin dünyaya əhəmiyyətli bir mesaj olduğunu dilə gətirən Tatar, möhkəm bir razılaşma yolu ilə Kipr Türk xalqının gələcəyini, təhlükəsizliyini, suverenliyini və müstəqilliyini təmin etməyin vacibliyini vurğulayıb.

Prezident Ersin Tatar Mersin səfərini başa vurub, ölkəsinə dönüb.

Cavid