İranda daha 27 min nəfər koronavirusa yoluxub, 268 nəfər ölüb Dünya

İranda daha 27 min nəfər koronavirusa yoluxub, 268 nəfər ölüb

İranda ötən sutka ərzində 268 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 88 800 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 27 146 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 691 432 nəfərə çatıb. Virus daşıyıcılarından 4 863 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 256 856 nəfər koronavirusdan sağalıb, 25,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 10,2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 7,87 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,39 milyon təşkil edir.