Litva XİN: Qanunsuz miqrant axını dayandırılsa, Belarusa yeni sanksiyalar tətbiq olunmayacaq Dünya

Litva XİN: Qanunsuz miqrant axını dayandırılsa, Belarusa yeni sanksiyalar tətbiq olunmayacaq

Litvaya Belarus ərazisindən Asiya və Afrika ölkələrindən olan kütləvi şəkildə qeyri-qanuni miqrant axını dayandırılsa, Vilnüs Minskə qarşı Avropa İttifaqının yeni sanksiyalar tətbiq etməsini israr etməyəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Litva xarici işlər naziri Qabrielius Landsberqis jurnalistlərə açıqlamasında deyib.

"Müəyyən dialoq davam edir və biz bildirmişik ki, qanunsuz miqrant axını dayanarsa nə Litva, nə də Avropa İttifaqı yeni sanksiyalar təklif etməyəcək", -deyə o bildirib.

İlin əvvəlindən Litva-Belarus sərhədində Asiya və Afrikadan olan 3145 qanunsuz miqrant saxlanılıb. Bu, 2020-ci illə müqayisədə təxminən 40 dəfə çoxdur.