Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
13 Avqust 2021 08:51
4 004
Yaponiyanın yerli hakimiyyət orqanları qərb bölgəsində güclü daşqınlar nəticəsində yarana biləcək sürüşmə təhlükəsi səbəbi ilə azı 215 min sakinin təxliyə edilməsinə dair qərar qəbul edib.
Bu barədə cümə günü “NHK” telekanalı məlumat yayıb.
Qərarın əsasən Xirosima və Simane yaşayış məntəqələrinin sakinlərinə şamil edildiyi qeyd olunub.
Həmin ərazilərdə gün ərzində 200 mm-ə qədər yağıntı düşə biləcəyi, şənbə gününün sonuna qədər bölgədə ekstremal hava şəraitinin davam edəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl leysan yağışları səbəbi ilə Yaponiyanın cənub-qərbində, təxminən 530 min sakin təxliyə edilib.
23 Mart 12:04
1 736
22 Mart 17:42
4 046
22 Mart 17:18
1 792