Rusiya Kabuldakı səfirliyini boşaltmır Dünya

Rusiya Kabuldakı səfirliyini boşaltmır

Əfqanıstanın ən böyük şəhərləri - Qəndəhar və Heratın Taliban tərəfindən ələ keçirilməsi ilə əlaqədar Kabildəki Rusiya səfirliyinin boşaldılması məsələsinə baxılmır.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə cümə günü TASS -a Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya İkinci Departamentinin direktoru Zamir Kabulov məlumat verib.

Kabulovun sözlərinə görə, Talibanın yaxın gələcəkdə Kabulu ələ keçirmək üçün heç bir imkanı yoxdur.

O, həmçinin Kabulun Talibanla sülh danışıqlarını gecikdirməsinin Əfqanıstanda vəziyyətin pisləşməsinə səbəb olduğunu qeyd edib.

Diplomat dünən Dohada baş verən Talibanın Qətər siyasi ofisinin nümayəndələri ilə təmaslarını müsbət qiymətləndirib:

"Ancaq razılığa gəlmək bir şeydir və onu həyata keçirmək başqa bir şeydir. Bu, təkcə Talibanla deyil, həm də mənalı danışıqlara başlamalı olan mövcud Kabul hökumətindən asılıdır".

Xatırladaq ki, çərşənbə axşamı günü Dohada Əfqanıstanın nizamlanması ilə bağlı bir sıra görüşlər keçirilib. İştirakçılar Əfqanıstanda hökumət qüvvələri ilə Taliban arasında toqquşmalar nəticəsində yaranmış vəziyyətin gərginləşməsi fonunda sülh yolu ilə nizamlanmanın perspektivlərini müzakirə ediblər.

Kabul nümayəndə heyətinə Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah rəhbərlik edib. Dohada keçirilən görüşə Rusiya, ABŞ, Çin və Pakistanın xüsusi nümayəndələri də qatılıb.

Cavid