Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
17 Avqust 2021 19:58
2 891
"Əfqanıstanda vəziyyət dəyişir, indi gələcək barədə proqnoz vermək, vəziyyətin necə olacağını, necə bir hakimiyyət formalaşacağını söyləmək çətindir".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
"Ölkədə inkluziv hökumətin qurulacağını eşidirik. Həmçinin bir çox beynəlxalq aktorlar bununla bağlı çağırışlar ediblər. Təbii ki, bu, baş verərsə, "Taliban"la əlaqədənsə müəyyən mənada bu münasibətləri inkluziv hökumətlə qurmaq asan olar. Düşünürəm ki, vacib olan bizim mesajımızı çatdırmaqdır: Sülh yolu ilə keçid hökumətin qurulması və həmçinin insan hüquqlarına hörmət edən inkluziv hökumətin yaradılması.
NATO bu ölkədəki hərbi movcudluğunu sonlandırıb, ancaq təbii ki, beynəlxalq ictimaiyyət və həmçinin NATO bu ölkənin inkişafında rol oynaya bilər.
NATO müttəfiqləri, beynəlxlaq ictimaiyyət Əfqanıstana töhfə verə bilər, təbii ki, bu, həm də Əfqanıstandakı vəziyyətdən asılıdır", - deyə NATO baş katibi əlavə edib.
25 Oktyabr 17:37
1 253
25 Oktyabr 17:20
1 344
25 Oktyabr 17:19
1 379