Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
1 Oktyabr 2021 09:18
2 373
Taliban Kabildəki xarici diplomatik nümayəndəliklərin nümayəndələri üçün ziyafət və şam yeməyi təşkil edib.
Trend TASS -a istinadən xəbər verir ki, bu barədə radikalların nümayəndəsi Zabihullah Mücahid öz "Twitter" səhifəsində məlumat verib.
Tədbirdə Rusiya səfiri Dmitri Jirnov, Pakistan diplomatik nümayəndəliklərinin rəhbərləri Mansur Ahmad Khan, Özbəkistanınki Yodgorhuja Shadmanov və başqaları iştirak ediblər.
"Vacib siyasi dəyişikliklər dövründə də işinizə davam etməyiniz Əfqanıstanda təhlükəsizlik vəziyyətinin sabit olduğunu göstərir, bunun məsuliyyəti yeni hökumətin üzərinə düşür. Əfqanıstan xalqına humanitar yardım edən və Nazirlər kabinetimizlə əməkdaşlıq etmək niyyətində olan bütün dövlətlərə təşəkkür edirik", - Z.Mucahid deyib.
Görüşdə, həmçinin, müvəqqəti hökumətin sədr müavini təyin edilən Molla Əbdül Qani Baradar da daxil olmaqla, Taliban rəhbərliyinin nümayəndələri də iştirak ediblər.
26 Mart 14:42
1 505
26 Mart 14:28
1 386
26 Mart 13:28
2 303