Qriqoryan Overçuk və Mustafayevlə görüşmək üçün Moskvaya gedir Dünya

Qriqoryan Overçuk və Mustafayevlə görüşmək üçün Moskvaya gedir

Baş nazirin müavini Mher Qriqoryanın başçılıq etdiyi Ermənistan hökumətinin nümayəndə heyəti iki günlük səfərlə oktyabrın 20-də Moskvaya gedəcək.

Erməni mediası yazır ki, səfərin məqsədi açıqlanmayıb, ancaq Sputnik Ermənistan-ın məlumatına görə, Rusiyanın paytaxtında Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.

Xatırladaq ki, 2021-ci il yanvarın 11-də Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyev arasında aparılan danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında işçi qrupunun yaradıldığı elan edilib.

Dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növlərinin təmin edilməsi məsələlərinə dair mütəxəssislərdən ibarət qruplar yaradılıb.

Cavid