Putin İrəvandan qəzəbli getdi Dünya

Putin İrəvandan qəzəbli getdi

Haykazn Qaqriyan: "Rusiya lideri Ermənistan "orta" yol seçib"

Rusiya prezidenti Vladimir Putin İrəvandan gedəndə qəzəbli olub.
Bu xəbəri yayan erməni mətbuatı bunu müxtəlif cür izah etməyə çalışıb.
Erməni jurnalist Haykazn Qaqriyan bunu Putinin İrəvanda uydurma soyqırımın yüz illiyi ilə bağlı keçirilən tədbirlərdə Türkiyənin xeyrinə jest eləməsi ilə izah edib. Onun fikrincə, əslində Çanaqqala qələbəsinin 100 illiyinin bayram edilməsi ilə bağlı Türkiyəyə getmək istəyən Vladimir Putin İrəvana gəlməli olduğu üçün əsəbi olub.
"Tərəzinin hər iki gözündə ağır daş vardı - hər biri də Putin üçün taleyüklü məsələ idi. Nəticədə Putin "orta" variant seçdi - İrəvana gəldi və buradan Türkiyəyə zəmanət verdi", - deyə Qaqriyan vurğulayıb.
Onun fikrincə, İrəvanda Putinin "soyqırım" ifadəsini işlətməməsi Türkiyə üçün verilən zəmanət idi: "Türkiyə faktiki olaraq zəmanət verdi ki, ermənilərin və Ermənistanın mümkün tələb və iradlarını nəzarətdə saxlayacaq".
Erməni KİV-lərinin yazdığına görə, Serj Sarkisyanın çox ümid bəslədiyi yüzillik tədbirlərində Ermənistanın strateji tərəfdaşı Rusiya liderinin "soyqırım" sözünü işlətməməsi Amerika ermənilərinin ciddi narahatçılığına səbəb olub. Bu, Serj Sarkisyanla erməni diasporunun münasibətlərini ciddi şəkildə gərginləşdirib.
"Çətin ki, bu, Serj Sarkisyanın xoşuna gəlsin. Amma o, Putinə iki dəfə təşəkkür etməli oldu. Bir dəfə gəldiyinə görə, bir dəfə də çıxış etdiyinə görə. Faktiki olaraq, xarici siyasətin tam fiaskosundan danışmaq olar: Erməni məsələsi bağlandı, soyqırımın bu cür geniş miqyasda keçirilən yüzilliyi hətta Türkiyə ilə sərhədlərin açılmasına səbəb olmadı", - deyə populyar "Lragir" portalı qeyd edib.