İndoneziyada yük təyyarəsi qəzaya uğrayıb Dünya

İndoneziyada yük təyyarəsi qəzaya uğrayıb

İndoneziyanın Papua əyalətində yük təyyarəsi hava limanında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində təyyarənin pilotu ölüb, ikinci pilot yaralanıb.