Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər Dünya

Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər

“Genişmiqyaslı əməliyyatlar başlasa, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər”.
“Xalq Cəbhəsi” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Xalqın xidmətçisi” partiyasından olan deputat Oleq Seminski deyib.
"Biz ümid edirik ki, bu baş verməyəcək, lakin təşvişə düşməməli, ancaq bunun həqiqətən baş verə biləcəyinə hazır olmalıyıq. Əgər bu baş verərsə, biz sona qədər mübarizə aparmalıyıq”, - o bildirib.
Bundan əvvəl Ukrayna Ali Radasının sabiq deputatı, “Radikal” Partiyasının lideri Oleq Lyaşko deyib ki, Prezident Vladimir Zelenski dekabrın 1-dən ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırır.
Qeyd edək ki, indiyədək Ukraynada hərbi vəziyyət yalnız bir dəfə - 2018-ci ilin noyabrında tətbiq edilib.

Cavid