19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
Dünyanın ilk metanol yanacağı ilə işləyən supertankeri Çində istifadəyə verilib
"İsrail və İran sürətli şəkildə yeni müharibəyə hazırlaşırlar"
Fitch: 2026-cı ildə təklifin artması neft qiymətlərini 63 dollara endirə bilər
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb
26 Noyabr 2021 13:47
2 856
Azadlıq fəalları Ermənistan paytaxtının mərkəzində yolu bağlayıb, Saxarov meydanında nəqliyyatın hərəkətini iflic edib.
Bundan əvvəl azadlıq hərəkatının nümayəndələri Nalbandyan və Saxarov meydanında hərəkəti bir neçə dəqiqə iflic edib.
“Ey həmvətənlər, oyanın! Hərəkatımıza qoşulun və hakimiyyətin anti-erməni mövqeyi ilə razılaşmadığınızı bildirin”, - deyə “Zartonk” partiyasının rəhbəri Ara Zöhrabyan aksiya zamanı bildirib.
Polis yolun açılmasını tələb edib və etirazçıları saxlamağa başlayıb. Şöbəyə gətirilən vətəndaşlar arasında Zöhrabyan da olub.
Hazırda meydanda nəqliyyatın hərəkəti bərpa olunub.
Xatırladaq ki, noyabrın 22-dən etibarən bir sıra ictimai təşkilatlar İrəvanın müxtəlif yerlərində imzalanmağa hazırlanan sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin ictimaiyyətə açıqlanmasını tələb edərək etiraz aksiyaları keçirirlər.
Cavid