Peruda 5 baldan yuxarı zəlzələ olub Dünya 7 Yanvar 2022 18:46 4 305 Perunun qərbindəki Çosika şəhərində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 90 minə yaxın insanın yaşadığı şəhərdən 10 kilometr şimal-şərqdə qeydə alınıb. Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olmadığı deyilir. Yeraltı təkanlar yerin 80 kilometr dərinliyində baş verib.