Senator Baydeni “Şimal axını 2”yə ​​qarşı sanksiyaları sərtləşdirməyə çağırıb Dünya

Senator Baydeni “Şimal axını 2”yə ​​qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

ABŞ-ın respublikaçı senatoru Ted Kruz ABŞ prezidenti Co Baydeni Konqresin yuxarı palatasının rəyini dinləməyə çağırıb və “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaların dərhal sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Kruzun təşəbbüsü tələb olunan 60 səsdən 55-ni qazanıb, 43 senator isə sənədin əleyhinə səs verib. Cümə axşamı Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, “Şimal axını 2” kommersiya layihəsidir və onun təhlükəsizliklə əlaqələndirilməsi “absurddur” və bunun ədalətsiz rəqabət cəhdi olduğunu bir daha təsdiqləyir.
Rusiya ABŞ və Ukraynanın fəal şəkildə qarşı çıxdığı “Şimal axını 2”nin kommersiya xarakterli, Avropa üçün faydalı olduğunu dəfələrlə bəyan edib.
Cavid