Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib Hadisə

Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend xəbər verir ki, məhkəmədə Xədicə İsmaylovanın cinayət işi aralıq aktını hazırlamış Bakı şəhər Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov şahid qismində yenidən dindirilib. O, aralıq aktında qeyd olunanları bir daha təsdiq edib. İ.Nurməmmədov bildirib ki, "Azadlıq" radiosunun Bakı Bürosuna vəsaitlər daxil olsa da, onun xərclənmə təyinatları göstərilməyib. Yəni daxil olan vəsiatin hansı məqsədlə və hansı işlərə yönəlməsi ilə bağlı sənədlər olmayıb. O, əlavə edib ki, 2008-ci il ərzində radionun Bakı Bürosu lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərib. Bu da qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir. Mütəxəssis Xədicə İsmayılovanın sualına cavabında isə qeyd edib ki, Büro rəhbəri kimi o, həmin dövrə təsadüf edən qanun poruntularına görə cavabdehlik daşıyır. Aralıq aktını hazırlamış digər mütəxəssis Elçin Əliyev də ifadə verərək aktda vergi və maliyyə pozuntuları ilə bağlı qeyd olunanları təsdiq etdiyini deyib. Şahid ifadələri dindirildikdən sonra Xədicə İsmaylovanın vəkilləri aralıq aktının sübutlar siyashısından çıxarılması ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, aralıq aktı qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilib və dəqiq aparılıb. Ona görə də sübutlar siyahıından çıxarılması üçün heç bir əsas yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib. Hakim də vəkillərin bu vəsatətini təmin etməyib. Bundan sonra hakim Ramella Allahevrdiyeva məhkəmə istintaqının başa çatdığını elan edib. Tərəflər buna etiraz etməyiblər. Sonda dövlət ittihamçısı üçün hakimdən çıxış üçün vaxt istəyib. Bunu nəzərə alaraq hakim avqustun 21-I saat 11:00-dək fasilə elan edib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.