Suriyada daha iki azərbaycanlı öldürüldü Hadisə

Suriyada daha iki azərbaycanlı öldürüldü

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. APA-nın xəbərinə görə, ölənlər "İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının tərkibində vuruşan "Həsən Azəri" və "Abdul Mətin" ləqəbli şəxslərdir.
Radikal dini qruplara məxsus saytlar hər iki şəxsin fotosunu da yayıblar. Məlumatda "Abdul Mətin" ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub.
"Həsən Azəri"nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal dini qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu vəhhabilər tərəfindən sosial şəbəkələrdə yayılıb.