Ermənistan Azərbaycan məscidini İrana verdi Hadisə

Ermənistan Azərbaycan məscidini İrana verdi

Bu barədə razılaşma İranın Beynəlxalq Əhli-beyt cəmiyyətinin sədri ayətullah Həsən Əxtərnini İrəvana səfəri zamanı əldə olunub

Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib.
Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq.
Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq.
Məscidin binası İranın mədəniyyət mərkəzi kimi istifadə ediləcək.
Qeyd edək ki, Göy məscid İrəvanda yaşamış azərbaycanlılara məxsus olub.
Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli Xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi olub.
Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi.
1995–2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Qeyd edək ki, Azərbaycanlılara məxsus məscidin İran rejiminə icarəyə verilməsi ilə bağlı razılaşma bu ölkənin Beynəlxalq Əhli-beyt cəmiyyətinin sədri ayətullah Həsən Əxtərinin İrəvana səfəri zamanı əldə olunub.
Xatırladaq ki, ayətullah Həsən Əxtəri erməni katalikosu II Qareginin dəvəti ilə Ermənistana səfər etmişdi. Səfər çərçivəsində Həsən Əxtəri Ermənistanın bir sıra vəzifəli şəxslər və din xadimləri ilə görüşlər keçirmiş, İrəvandakı Göy məsciddə və Eçmiədzin kilsəsində olmuşdu.
Ekstrimizt Hərəkatın İdarə Heyətinin üzvü həbs olunub

"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb. O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.