Prrezident Nardarana 12 milyon manat ayırdı Hadisə

Prrezident Nardarana 12 milyon manat ayırdı

Nardaran qəsəbəsinin uzun illər boyu arxaik təfəkkürlü insanların uydurduğu "qanunlar"la yaşadığı kimsəyə sirr deyil. Ümumazərbaycan sosio-mədəni mühitindən təcrid olunmuş bu qəsəbə aza qala orta əsrlər "anklavı" təəssüratı bağışlayırdı.
Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra Nardaran onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, həyat əvvəlki ritminə qayıdıb.
Qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilib, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır.
Qəsəbədə nəqliyyat sistemi yenidən təşkil edilib, böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilməsi bərpa olunub. Azərbaycan hökuməti "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və Azəravtoyolservis" Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, bu vəsait qəsəbə ilkin məbləğdir. qəsəbənin problemlərinin həlli, abadlıq quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq.