Hər gün pozulan atəşkəs Hadisə

Hər gün pozulan atəşkəs

İşğalçı Ermənistan Ordusu 2014-cü ilin birinci rübündə atəşkəsi 2030 dəfə pozub
Cari ilin mart ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 229 dəfə pozulub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 1 hərbi qulluqçusu şəhid olub, 2 hərbçi (1 nəfər Naxçıvan MR-də minaya düşüb) və 1 mülki sakin isə yaralanıb.
Mart ayında atəşkəs daha çox cəbhənin Füzuli rayonu istiqamətində - 76 dəfə pozulub.
Atəşkəs pozuntularının sayına görə Qarabağ cəbhəsində sonrakı yerlərdə Ağdam (50 dəfə), Xocavənd (23 dəfə), Goranboy (17), Tərtər (16 dəfə), Cəbrayıl (13 dəfə) və Göygöl (2 dəfə) dayanır.
Ermənistan-Azərbaycan dövlət sərhədində isə atəşkəs rejiminin Tovuz rayonu istiqamətində 13, Qazax rayonu istiqamətində 12, Ağstafa rayonu istiqamətində 3, Daşkəsən rayonu istiqamətində 2 və Gədəbəy rayonu istiqamətində 2 dəfə pozulması faktı qeydə alınıb.
APA-nın monitorinqlərinə görə, 2014-cü ilin birinci rübündə cəbhədə atəşkəs rejimi 2030 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi şəhid olub. Dörd hərbi qulluqçu (2 nəfər mina partlayışı) və 2 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb.