13:36
756
ABŞ, Ukrayna və Avropa nümayəndələri Əbu-Dabidəki danışıqlarda Ukraynada uzunmüddətli və əhatəli sülh üzrə çoxtərəfli danışıqlara Avropa ölkələrinin cəlb edilməsi üzərində işləmək barədə razılığa gəliblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.
"Birləşmiş Ştatlar, Ukrayna və Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələrə doğru irəliləmək, habelə əhatəli və davamlı sülhə nail olmaq kimi ümumi məqsədlə bütün danışıqlar prosesi boyu sıx əməkdaşlıqda işləməyə davam edəcəklər", - deyə Uitkoff ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlardan əvvəl keçirilən görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
Məryəm Quliyeva