Bakıda daha bir yol təmirə bağlanıb Hadisə

Bakıda daha bir yol təmirə bağlanıb

Bakıda daha bir yol təmirə bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Akademik Həsən Əliyev küçəsinin Ceyhun bəy Hacıbəyli küçəsi ilə kəsişməsindən Mirəli Qaşqay küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski prospektindən istifadə etmələri tövsiyə olunur.