"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq İdman

"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

Yeni mövsümə hazırlığını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxacaq.

Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyənin “Fatih Karagümrük” klubu ilə üz-üzə gələcək.

I Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” Ankara toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda İranın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edib.