
Bu ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 84,8 mln. manat vəsait ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 mln. manat və ya 5,8% çox vəsait xərclənib.