İrana qarşı əməliyyat başlayandan bəri 600-dən çox ABŞ hərbçisi xəsarət alıb Dünya

İrana qarşı əməliyyat başlayandan bəri 600-dən çox ABŞ hərbçisi xəsarət alıb

İsrail və ABŞ-nin İrana qarşı fevralın 28-də başlayan hərbi əməliyyatından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 624 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti Pentaqonun məlumatlarına istinadən xəbər verib.

Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi atəşkəsin pozulmasından sonra eskalasiyanın yeni mərhələsinin başladığı iyulun 7-dən etibarən yaralı və həlak olanlar barədə statistikadır ayrı bir səhifədə dərc etməyə başlayıb.

Yeni statistikaya əsasən, iyulun 7-dən bəri rəsmi olaraq xəsarət alan hərbçilərin sayı 207 nəfər təşkil edib.

Məryəm Quliyeva