10:49
413
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə vəziyyətin inkişafına dair üç variantı nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu variantlar arasında aşağıdakılar var: hərbi eskalasiya; yeni sanksiyaların tətbiqi yolu ilə İrana qarşı iqtisadi təzyiqlər; Birləşmiş Ştatların müharibədə qələbəsini elan etməsi və münaqişədən çıxması. "Variantların hər biri son həftələrdə ABŞ vitse-prezidenti Cey Di Vens, ABŞ hərbi naziri Pit Haqset, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keyn, xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerlə keçirilən görüşlərdə müzakirə olunub", — deyə qəzet dəqiqləşdirib.
"The New York Times" qeyd edir ki, münaqişənin beş ayı ərzində ABŞ “həddindən artıq hərbi güc” tətbiq etməklə İran hökumətini dəyişmək də daxil olmaqla, öz məqsədlərinə nail ola bilməyib.
Məryəm Quliyeva