Zelenski: "İran və Şimali Koreya artıq Ukraynaya hücum edib" Gündəm

Zelenski: "İran və Şimali Koreya artıq Ukraynaya hücum edib"

Ukrayna Prezidenti Volodimir Zelenski İran və Şimali Koreyanın artıq Ukraynaya "hücum etdiyini" bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu fikri Xəzər dənizində İran gəmisinə endirilən zərbədən sonra Tehranın Ukraynanı cavab tədbirləri ilə hədələməsinə münasibət bildirərkən səsləndirib.

Zelenski "Sky News" telekanalına müsahibəsində bildirib ki, İran müharibənin ilk günlərindən Rusiyaya "Şahid" texnologiyaları tədarük edib və Kiyev bunu "hücum" kimi qiymətləndirir. Bununla belə, Zelenski Ukraynanın müharibəni genişləndirməyə çalışmadığını, lakin qeyd olunan ölkələrin münaqişədə iştirakına "hazır olmalı olduğunu" vurğulayıb.

Xatırladaq ki, Ukrayna iyulun 25-də Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirib və nəticədə heyət üzvlərindən biri həlak olub.

Məryəm Quliyeva