Moldova Ombudsmanı yenidən Bakıya gəlir Hadisə

Moldova Ombudsmanı yenidən Bakıya gəlir

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu da iştirak edəcək.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman aprelin 27-dən 30-dək Bakıda olacaq.
II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Moldovanı eyni zamanda bu ölkənin siyasi və dövlət xadimi, 1997-2001-ci illərdə ölkəyə rəhbərlik etmiş, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini üzvü Petru Luçinski və Moldovanın sabiq Baş naziri Dimitru Braqiş (1999-2001) təmsil edəcəklər.