Birinci dünya müharibəsinin 100 illiyi qeyd olunacaq Hadisə

Birinci dünya müharibəsinin 100 illiyi qeyd olunacaq

Bu məqsədlə Sarayevada böyük tədbir və gənclər düşərgəsi təşkil olunacaq

Bu il iyun ayının 6-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Beynəlxalq Sülh Bürosu (BSB) tərəfindən Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş "Sülh mədəniyyəti naminə müharibədən çəkin" adlı tədbir keçiriləcək. Digər əsas mövzular isə "Sülh və sosial ədalət", "Sülh mədəniyyəti və qeyri-zorakılıq", "Gender, qadın və Sülh", "Keçmişlə bağlı barışıqlar", "Militarizm və alternativlər" olacaq. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, BSB-nin Ali Şurasının üzvü Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, tədbiri Sarayeva şəhər meri və UNESCO-nun nümayəndəsi açacaq. Tədbirin əsas spikerlər və mövzuları bunlar olacaq: "Qloballaşma və sülh (əsas mövzu) Çico Vitaker (Braziliya, Dünya sosial forumu), "1914-2014 - illərdə Tarix və öyrədilmiş dərslər" Dr. Verdiana Grossi (İsveçrə, Beynəlxalq Sülh Bürosu, tarixçi), "Qeyri-zorakılıq və Sülh mədəniyyəti" Mairead Maguire (Şimali İrlandiya, Nobel Sülh Mükafatı Laureatı 1976). "Rekonsiliasiya və Avropa" mövzusunda isə Bosniya və Herseqovinadan olan spikerlər təqdim edəcəklər.
Sarayeva Sülh tədbiri çərçivəsində gənclər üçün düşərgə təşkil ediləcək. Burada əsas məqsəd Balkanlardan, Avropadan və dünyanın bir çox ölkəsindən 50-dən çox təşkilatdan gələn gənclərin bir araya gələrək dialoqlar qurması, sülh quruculuğu fəaliyyətləri və fikirləri üzrə müzakirələr aparmaqdır. Eyni zamanda gənc fəallar bir - birindən nəysə öyrənmək, dostluq yaratmaq və sosial şəbəkələr qurmaq da əsas məqsədlərdən biridir. Düşərgənin əsas prinsiplərinə, sülh mədəniyyəti və qeyri-zorakılıq, insan ləyaqəti, eləcə də, qeyri-ayrıseçkilik, dözümlülük, ədalət, həmrəylik və gender bərabərliyi kimi dəyərlər də daxildir.
Düşərgənin daxilində mədəniyyətlərarası və ya mübadilə dialoqları və sülh təhsili üzrə yaradıcı fəaliyyətlər və idman fəaliyyətləri üçün açıqdır. Gənclər düşərgəsinin iştirakçıları əsas tədbirdə iştirak etmək üçün dəvətli olacaqlar və orada təşkil olunmuş düşərgə ilə yanaşı, seminarlar, yaradıcı, mədəni fəaliyyətlər və idman fəaliyyətlərində iştirak edə biləcəklər.
Sarayevanın əsas meydanında isə axşam Avropanın müxtəlif musiqiçilərinin iştirakı ilə festival keçiriləcək.
Bağlanış mərasimində Adolfo Perez Esquivel (Nobel Sülh Mükafatı Laureatı 1980, Argentina), Jan Durnez (Belçika), Bişop Kevin Dovling (Cənubi Afrika), Sonja Biserko (Helsinkinin Serbiyadakı İnsan hüquqları komitəsi) və digər ölkələrdən olan tanınmış şəxslər iştirak edəcək.
Qeyd edək ki, BAMF 2001-ci ildən Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür.

XC