3,3 milyon dolları oğurlanan şəxsin kimliyi açıqlandı Hadisə

3,3 milyon dolları oğurlanan şəxsin kimliyi açıqlandı

Moskvanın Şeremetyevo aeroportunda 3,3 milyon ABŞ dolları oğurlanan Azərbaycan vətəndaşının kimliyi müəyyən olunub.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda bildirilir ki, pulu oğurlanan şəxs 1972-ci il təvəllüdlü Abidinli Əli Zeynal oğludur.
Qeyd edək ki, mayın 5-də 8:50-də Dubay-Moskva reysi ilə gələn Azərbaycan vətəndaşı Abidinli Əli Zeynal oğluna məxsus 3,3 milyon ABŞ dolları qarət olunub.
Hadisənin təfərrüatları barədə APA-nın Moskva müxbirinə məlumat verən hüquq-mühafizə orqanındakı mənbə bildirib ki, Əli Abidinli özünə məxsus böyük məbləğdə pulu daşımaq üçün inkassator firması ilə anlaşıb. Lakin aeroportdan çıxan zaman inkassator avtomobilinin qarşısını OMON formasında olan şəxslər kəsib və 3,3 milyon dolları aparıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.