Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq Hadisə

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Milli Məclisin yaz sessiyasının müddəti artırılacaq. Parlamentin yaz sessiyası öz işini başa vurandan sonra növbədənkənar sessiyası çağırılacaq.
Bunu modern.az-a milllət vəkili Zahid Oruc deyib. O bildirib ki, artıq bununla bağlı müəyyən təşəbbüslər də var: "Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir. Sessiya parlament üzvlərinin 3-də ikisinin müraciəti əsasında keçiriləcək. Artıq bununla bağlı müəyyən təşəbbüslər də var".