“Abituriyent” jurnalının 5-ci sayı nəşr olunub Hadisə

“Abituriyent” jurnalının 5-ci sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Abituriyent" jurnalının 5-ci sayı nəşr edilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalın bu sayında 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub. Jurnalda həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə bölgüsü, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində təqdim edilib.
Jurnalları TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.