12:53
315
İngiltərənin “Nyukasl” klubu Çexiya millisinin və Portuqaliyanın “Braqa” komandasının qapıçısı Lukaş Qorniçeki transfer edib.
AZƏRTAC xəbər verir ki, 24 yaşlı qolkiper İngiltərə klubu ilə 2031-ci ilədək nəzərdə tutulan müqavilə imzalayıb.
Məlumata görə, “sağsağanlar” futbolçunun “Braqa” ilə müqaviləsində qeyd olunan 25,7 milyon funt sterlinq məbləğində təzminat haqqını ödəyiblər.
Qorniçek 2026-cı il dünya çempionatının iştirakçısıdır. Lakin o, Çexiya millisinin turnirdə keçirdiyi hər üç görüşdə ehtiyatda qalıb.
Qeyd edək ki, Lukaş Qorniçek ötən mövsüm “Braqa”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 55 matçda iştirak edib. O, bu qarşılaşmalarda 51 qol buraxıb və 24 oyunda qapısını toxunulmaz saxlayıb.