Dövlət Reklam Agentliyi yaradılıb Hadisə

Dövlət Reklam Agentliyi yaradılıb

Prezidentin sərəncamı ilə Aydın İbadov direktor təyin olunub

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxs yaradılıb.
Prezident Administrasiyası publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini 15 gün müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında" qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək.
Yeni yaradılmış Dövlət Reklam Agentliyinə direktor təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin olunub.



Prezident dörd hərbçiyə general rütbəsi verdi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:
polkovnik Ağayev Zakir Samiddin oğlu
polkovnik Əliyev Azər Əli oğlu
polkovnik Nəcəfov Hilal Əlimurad oğlu
polkovnik Salahov Füzuli Zəbiş oğlu