Bölgələrdə yanğın təhlükəsizliyi Hadisə

Bölgələrdə yanğın təhlükəsizliyi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bölgələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib.
Xidmətdən APA-ya verilən məlumata görə, tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı ərəfəsində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Neftçala və İmişli "Aqroservis" filiallarında keçirdiyi tədbirlərdə məhz yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində durub. Kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib. Təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib.