“Soma faciəsi seçkilərə təsir göstərməyəcək” Hadisə

“Soma faciəsi seçkilərə təsir göstərməyəcək”

Arzu Nağıyev: "Artıq MHP və CHP Soma faciəsindən siyasi məqsədlər üçün istifadə etməyəcəyini bəyan edib"
Elman Cəfərli: "Avqustda da dəyişən bir şey olmayacaq"
Azər Rəşidoğlu: "Hər şey müxalifətin alternativ kimi kimin namizədini irəli sürəcəyindən asılıdır"
Ramiz Alıyev: "Heç kəs bu faciədən öz maraqları üçün siyasi oyunlar oynamamalıdır"

Türkiyədə baş verən mədən qəzası ilə bağlı fikirlər müxtəlifdir. Bəziləri bunu təxribat hesab edir, bəziləri isə Türkiyə hökumətini qınayırlar. Bir sıra ekspertlər isə iddia edirlər ki, prezident seçkiləri ərəfəsində bu partlayışın baş verməsi təsadüfi deyil.
Türkiyə müxalifəti isə hökuməti ittiham edir.
Ölkə parlamentinin Manisadan olan deputatı, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Həsən Oren bəyan edib ki, Türkiyə hökuməti Manisa vilayətində mədəndə baş vermiş qəza nəticəsində həlak olanların dəqiq sayını gizlədir. Onun sözlərinə görə, mədəndəki qəzanın qurbanlarının dəqiq sayı yalnız hökumətə məlumdur. O, həmçinin qeyd edib ki, ölkənin müxalifət partiyaları mədən faciəsində siyasi mqəsədlər üçün istifadə etməmək barədə razılığa gəliblər.
Mayın 13-də Manisa vilayətində mədəndə baş vermiş qəzada ölənlərin sayı 284 nəfər çatıb. Hazırda dağıntılar altında qalanların sayı 90 nəfərdən çoxdur.
Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan edilib.
Onu da əlavə edək ki, Mayın 14-də Somada kömür mədənində baş verən faciə yerinə gedən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan etirazla qarşılanmışdı.
Bir qrup etirazçı tərəfindən Ərdoğana istefa şüarları səsləndirilərək etirazlar edilib. Baş nazir isə həmin fəallardan yayınmaq üçün marketlərdən birinə girməyə cəhd edib. Ötən gün isə internetdə baş nazirin marketə doğru gedərkən bir şəxsi yumruqla vurmasını əks etdirən video yayılmışdı.
Taner Kuruca adlı həmin şəxs "Radikal" qəzetinə açılama verib. "Alış-veriş üçün marketə girmişdim, həmin vaxt baş nazirə etiraz edilirdi. O da marketə girərkən, məni etirazçı bildi və üzümə bir yumruq vurdu. Daha sonra isə mühafizəçilər üzərimə hücum etdi" - deyə baş nazir Ərdoğanın vurduğu Tuner bildirib.
O, həmçinin hadisədən sonra saxlanılmadığını, qolunda və boynunda zərbə izinin qalmasına baxmayaraq, şikayətçi olmadığını da qeyd edib.
Türkiyə mətbuatı isə iddia edir ki, Türkiyənin Soma şəhərindəki kömür şaxtasında baş verən partlayış Ərdoğana xəbərdarlıqdır. Mətbuat bu partlayışla ABŞ-ın Ərdoğana mesaj göndərdiyini bildirib: "Hamı bilir ki, Gülən Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrə malikdir. O, bir zamanlar Pensilvaniyaya düşdüyü çətin vəziyyətdən qurtulmaq üçün qaçmışdı. Lakin maraqlı digər məqam var. Ərdoğan bələdiyyə seçkiləri zamanı Gülən hərəkatına qarşı əməliyyatlara başladı, ABŞ isə onun bütün çıxışlarını sükutla qarşıladı. Hazırda ABŞ, özəlliklə isə milyarder Rokfeller Ərdoğanın prezident seçilməsinin qəti əleyhdarıdır. Ona görə də bu partlayış Ərdoğana, daha dəqiq desək, Türkiyəyə xəbərdarlıqdır. Bundan sonra isə ölkəyə qarşı atılacaq addımlar Türkiyənin yürüdəcəyi siyasətlə bağlı olacaq. Çox güman ki, bu, ölkədə ilk partlayış olmayacaq".
Bəs Soma Faciəsi və baş nazir Ərdoğana qarşı təpkilər Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinə necə təsir göstərəcək?
Politoloq Arzu Hağıyev bildirdi ki, artıq bir neçə gündür bütün dünya Soma şəhərində yerləşən kömür şaxtasında baş vermiş partlayışla bağlı xəbərləri izləyir və türk xalqına başsağlığı verir: "Məlumdur ki, partlayış nəticəsində 300 nəfərə yaxın insan həlak olub və çoxsaylı insanın da partlayan şaxtada qalması mümkündür. Bəzi mənbələrin iddiasına görə Türkiyənin Soma şəhərindəki kömür şaxtasında baş verən partlayış tək baş nazir Ərdoğana deyil, bütün Türkiyəyə və hətta bütün region dövlətlərinə də xəbərdarlıqdır. Ancaq dərindən analiz edəndə bunun heç də belə olmadığı qənaətinə gəlmək olar. Əlbəttə, bu faciənin fəsadları siyasətçilər üçün də yan keçməyəcək. Lakin baş nazir Ərdoğana qarşı göstərilən təpkilər istər onun siyasi karyerasına və ya Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinə heç cürə mənfi və ya müsbət necə təsir göstərməyəcək. Artıq MHP cvə CHP Soma faciəsindən siyasi məqsədlər üçün istifadə etməyəcəyini bəyan edibArzu Hağıyev bildirib ki, artıq bir neçə gündür bütün dünya Soma şəhərində yerləşən kömür şaxtasında baş vermiş partlayışla bağlı xəbərləri izləyir və türk xalqına başsağlığı verir: "Məlumdur ki, partlayış nəticəsində 300 nəfərə yaxın insan həlak olub və çoxsaylı insanın da partlayan şaxtada qalması mümkündür. Bəzi mənbələrin iddiasına görə Türkiyənin Soma şəhərindəki kömür şaxtasında baş verən partlayış tək baş nazir Ərdoğana deyil, bütün Türkiyəyə və hətta bütün region dövlətlərinə də xəbərdarlıqdır. Ancaq dərindən analiz edəndə bunun heç də belə olmadığı qənaətinə gəlmək olar. Əlbəttə, bu faciənin fəsadları siyasətçilər üçün də yan keçməyəcək. Baş nazir Ərdoğana qarşı göstərilən təpkilər istər onun siyasi karyerasına və ya Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinə heç cürə mənfi və ya müsbət necə təsir göstərməyəcək. Artıq MHP cvə CHP Soma faciəsindən siyasi məqsədlər üçün istifadə etməyəcəyini bəyan edib. Faciənin istintaq araşdırmasından, partlayışın səbəblərinə aydınlıq gətirildikdən sonra nazirlər Tenar Yıldız və Faruk Çelikin açıqlama verəcəkləri istisna deyil. Bu gün kimin isə faciəyə təxribat, texniki baxımsızlıq və ya nasazlıq, terror aktı kimi qiymətlər verməsi düzgün deyil. Şirkət rəhbərliyi haqqında hər hansı qərar da yəqin ki, bu araşdırmalardan sonra veriləcək. Bu gün isə istər baş nazir cənab Ərdoğan və ya digər məmurlar, müxalifət üçün əsas məsələ həlak olanların ailələrinə mənəvi və maddi yardım etməkdən, onların ağrı - acılıarı ilə bölüşməkdən ibarət olmalıdır".
Siyasi şərhçi Elman Cəfərli dedi ki, Soma mədənindəki qəza bir faciədir. Onun fikrincə, baş vermiş partlayışda Fətullah Gülən tərəfdarlarının təxribatı versiyası da var: "Amma istənilən halda bu faciədir, faciə üzərində qurulan siyasətin axırı uğurlu olmayacaq. Türkiyədə solçu, ələvi dairələr bu olaydan Ərdoğana qarşı istifadə etmək istəyirlər. AKP-ni səriştəsizlikdə, məsuliyyətsizlikdə, insanların taleyinə laqeydlikdə suçlandırırlar. Bu mədən qəzasıdır. Mədən qəzaları Rusiya, Ukrayna, Yaponiya, hətta Avropanın inkişaf etmiş ölkələrində də baş verib, çoxsaylı insan tələfatı qeydə alınıb. 12 dekabr 1866-cı ildə İngiltərədə baş vermiş ən dəhşətli mədən qəzasında 388 mədənçi həlak olub. 1975-ci ilin 17 dekabrında Hindistanın Çasnala mədənində baş vermiş dəhşətli partlayış da 372 insan həlak olub. Hindistanın Jarkand əyalətində Dori kömür mədənində 28 may 1965-ci ildə metan partlayışı və yanğın nəticəsində 375 mədənçi həyatını itirib. 6 iyul 1972-ci ildə Zimbabvedə Vanki kömür mədənində bilinməyən bir səbəbdən partlayış baş verib. Yaponiyada 9 oktyabr 1963-cü ildə baş vermiş mədən qəzasında 458 mədənçi ölüb, 833 nəfər yaralanıb. Bu cür faktlar çoxdur. Bu faciə tək Türkiyənin yox, insanlığın faciəsidir. Zaman keçdikcə Türkiyə bu faciənin nəticələrini də aradan aldıracaq. Bu faciə üzərində siyasət qurmaq əxlaq məsələsidir. Yəqin ki, baş tutmayacaq. Xarici və daxili güclər Türkiyədə sol inqilab həyata keçirmək istəyirlər. Ancaq bu asan məsələ deyil. Türk xalqı siyasi islama səs verib, avqustda da dəyişən bir şey olmayacaq. Ərdoğan prezident seçiləcək".
Siyasi şərhçi Azər Rəşidoğlu vurğuladı ki, Soma faciəsindən aylar öncə CHP millət vəkili demişdi ki, bu şaxtada hər an partlayış baş verə bilər: "Lakin AKP bu məsələnin parlament müzakirəsinə çıxarılmasına imkan vermədi. Odur ki, Soma ləkəsindən təmizlənmək Ərdoğana çətin olacaq. Baş nazirin Somada sıravi vətəndaşa yumruq atması, onun köməkçisinin etirazçını təpikləməsi də seçkilərdə Ərdoğana problem yaradacaq. Hər şey müxalifətin alternativ kimi kimin namizədini irəli sürəcəyindən asılıdır. Nə Baxçalı, nə Kılıcdaroğlu alternativ kimi güclü deyil. Odur ki, hər iki partiya kənar namizəd modelinə üstünlük verə və Ərdoğanı küncə sıxışdıra bilərlər".
Araşdırmaçı jurnalist Vasif Həsənli dedi ki, baş verənlər, həm bu faciə, həm də vətəndaşın vurulması hadisələri Ərdoğanın nüfuzuna ciddi xələl gətirəcək: "Bu hadisələr Türkiyədə onsuz da təzyiqlərə məruz qalan iqtidarın prezident seçkilərində qələbə qazanması şansını azaldır. Ərdoğan çox səhv hərəkətlərə yol verdi və öz vətəndaşına əl qaldırdı. Təbii ki, bütün bunların mənfi təsirini o hiss edəcək".
Politoloq Ramiz Alıyev vurğuladı ki, Soma Hadisələrinə görə yalnız Türkiyə və türk milləti deyil bütün insanlığı dəstəkləyən və insanları sevən hər kəs kədər içindədədir: "Heç kəs bu faciədən öz maraqları üçün siyasi oyunlar oynamamalıdır! Bildiyimiz kimi bu kimi anlarda hər bir şəxsin əsəb sistemlərində gərginliklər və çaşqınlıqlar olur, o ki, qala dövət rəsmilərinin əsəbləri hansı səviyyədə olar. Hələ düşünsək ki, bütün gərginliklər onların çiyinləri üzərindədədir. Fikrimcə, bu faciəyə görə bütöv bir dövləti qınamaq yersiz bir qərar olar fikrimcə, buna siyasi cılızlıq deyərlər. Daha doğru olardı ki, hər kəs mədəndə sağ qalan insanlar üçün dualar etsin, sonra isə orda həmin işə səlahiyyətli olan insanlar haqqında araşdırma aparsınlar, günahları olanlar haqqında aidiyatı qurumlar ölçü götürsünər. Bu kimi hadisələrin seçki öncəsi baş verməsi təbii ki, siyasi proseslərər təsir etməyə bilməz, ancaq ciddi bir təsir edəcəyinə də inanamıram. Mənim fikirimcə bu cür hadisənin Türkiyədə həyata keçiriləcək prezident seçkilərindən öncə baş verməsi araşdırılmalıdır.".

Əli