“Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi“ Hadisə

“Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi“

Bu mövzuda konfrans keçirilib


Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Vətənpərvərlik milli-mənəvi dəyərlərimiz kimi" mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, dini konfessiya rəhbərləri, gənclər iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov cəmiyyətdə vətənpərvərliyin təbliği zəruri və aktual olduğunu söyləyib: "Gənclər arasında vətənpərvərliyin təbliğində təhsil müəssisələri, müəllim və pedaqoqlarla yanaşı din xadimləri, dini icmalar da iştirak etməlidirlər. Bu sahədə fəaliyyətimizin birgə koordinasiya edilməsinə ehtiyac var. Çünki gənclərin təhsil müəssisələrindən sonra ən çox üz tutduqları məkanlar dini ibadət yerlərdir. Ona görə də vətənpərvərliyin təbliğində dini icmaların rolu böyükdür. Bu gün konfransda müxtəlif dini konfessiyaların rəhbərləri iştirak edir. Bu, o deməkdir ki, vətənpərvərliyin təbliğində bütün dini konfessiyalar, icmalar yaxından iştirak etməlidir. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri bizim düşündüyümüzdən də vətənpərvərdir".
Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov mövzu ilə əlaqədar təqdimatla çıxış edib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov məruzə ilə çıxış ediblər.