Zəlzələ bölgəsində yeni məktəb binaları tikilib Hadisə

Zəlzələ bölgəsində yeni məktəb binaları tikilib

Kəmaləddin Heydərov açılışda iştirak edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalaya səfər edib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, K. Heydərov Zaqatalada 2 il əvvəl baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilən iki məktəb binasının açılışında iştirak edib.
3 saylı Aşağı Tala kənd orta məktəbi 750, 4 saylı Yuxarı Tala kənd orta məktəbi isə 400 şagird yerlikdir.
K. Heydərov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon yanğından mühafizə hissəsinin yeni inzibati binasının açılışına da qatılıb.