Hava durumu Hadisə

Hava durumu

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.